Xalq artisti Aygün Kazımova yerli şou nümayəndələrindən həm də “Instagram” sosial şəbəkəsində maraqlı paylaşımları ilə fərqlənir. Publika.az xəbər verir ki, müğənni bu gecə də sakit dayanmayıb. O, 3 məzəli video paylaşıb. “Dubblaj” proqramından yeni istifadə edərək paylaşdığı videoları minlərlə insan bəyənib.
Digər diqqətçəkən məqam isə müğənninin paylaşdığı videolentin prodüserinin Tolik olduğunu qeyd etməsidir. Belə görünür ki, xalq artisti bir neçə gün əvvəl ayrıldığı prodüseri Tolik ilə yenidən barışıb.
Publika.az müğənninin marağa səbəb olan videolarını təqdim edir.
İsa Şükürov[media=https://www.youtube.com/watch?v=lUP2DxUkNNA]