Türkiyənin Yozgat şəhərində dəhşətli yol qəzası baş verib. Biri körpə uşaq olmaqla 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Mustafa Cahit Sanık Kayseridən Yozgata analarını ziyarət etmək üçün yola çıxıb.
Sanık Yozgatın Başıbüyüklü kəndi yaxınlığında yol təmiri səbəbilə tək yol ilə gedərkən qarşıdan gələn xətalı sürdüyü deyilən Emre Salmanlıya aid yük maşınının altında qalıb.
Qəzada sürətli dəymənin təsiri ilə avtomobil ikiyə bölünüb. Maşında olan ailədən sağ çıxan olmayıb.
Yük maşınının şoferi Emre Salmanlı saxlanılıb.
Qəza ilə əlaqədar cinayət işi başlanıb.