Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oğluna narkotik daşıyan ana

19-05-2014, 11:06   
Oğluna narkotik daşıyan ana
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Fariz Varis oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş anası Xanbikə Şıxzadə qızı Ağayevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Bu zaman saçına bağladığı sancağın içərisində xüsusi üsulla gizlədilmiş şəffaf sellofana bükülmüş, xalis çəkisi 7,694 qram olan narkotik vasitə “Heroin” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar