Yaşayış binası uçdu, 300 nəfər öldü, amma...

19-05-2014, 12:06   
Yaşayış binası uçdu, 300 nəfər öldü, amma...
Şimali Koreyanın paytaxtı Pxenyanda inşa edilməkdə olan 23 mərtəbəli yaşayış binası çöküb.
Uçqun altında yüzlərlə insanın qaldığı iddia olunur.

Pxenyandakı kommunist diktatura olayla bağlı heç bir rəsmi açıqlama verməyib. Cənubi Koreya mediasında yayılan xəbərlərə görə, binanın inşası başa çatmasa da, orada 92 ailə yaşayırmış.
Pxenyandakı telekanallar sadəcə, bir fotonu yayıblar. Həmin fotoda zabit kütlə qarşısında çıxış edir.

Kim Çen Inın idarə etdiyi ölkənin kütləvi informasiya vasitələri "intensiv xilasetmə işlərinin aparılması, yaralıların xəstəxanalara daşınması" barədə məlumat verib.

Kim Çen Inın isə çox qəzəbləndiyi, hətta dünən gecə yatmadığı bildirilir.
Binanın uçması nəticəsində həlak olanların sayı ilə bağlı rəsmi açıqlama verilməsə də, ən azı 300 nəfərin öldüyü vurğulanır.

Şimali Koreyada tikinti sahəsində hərbçilər çalışdığından, binanın uçması ilə bağlı olaraq bir neçə yüksək rütbəli zabitin edam olunacağı istisna deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.