Nigeriyada 200-dən artıq məktəbli qızı qaçıran "Boko Haram" qrupunun qızların yarısını azad etməyə hazırlaşdığı iddia edilir.
Bu barədə məlumatı təşkilata yaxın qaynaqlar "Telegraph"a verib.
İngilis qəzetinin məlumatına görə, "Boko Haram" həbsxanadakı üzvlərinin buraxılmasını tələb edir. Bunun müqabilində də yaxın günlərdə qızların bir hissəsinin azad ediləcəyi gözlənilir.
Qeyd edək ki, qızlar aprelin 14-də məktəbdən qaçırılıblar.
Məktəblilərin qaçırıldığı Chibok qəsəbəsi yaxınlarında bütün dünyanın diqqət mərzəində olan qızlardan ikisi ağaca bağlanmış şəkildə tapılıblar. Qızlar zorlamaya məruz qalıblar. Bundan sonra onları ağaca bağlayaraq ölmək üçün atıblar. Tapılan qızlar qan və yara içərisində olublar.