Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Masallıda dəhşətli yanğın

19-05-2014, 17:53   
Masallıda dəhşətli yanğın
Masallı rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, yanğın rayonun Qızılağac kəndində, 1965-ci il təvvəllüdlü kənd sakini Məmmədov Azada məxsus həyət evində baş verib.

Hadisə zamanı ev sahibləri əkin sahəsində olduqları üçün yanğından gec xəbər tutublar.

Masallı rayon Yanğından Mühafizə Dəstəsi hadisə yerinə gəlib və yanğın söndürülüb. Yanğın zamanı 3 otaqlı kürsülü ev tamamilə yanıb kül olub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar