Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tovuzda evə ildırım düşdü: xəsarət alan var

20-05-2014, 10:53   
Tovuzda evə ildırım düşdü: xəsarət alan var
Qovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə axşam saat 8 radələrində şəhərin Nizami küçəsi, dalan-1 ünvanında baş verib.
Şəhər sakini, Aygün Rəhimovaya məxsus evə düşən ildırım evin elektrik sayğacını sıradan çıxardıb və naqilləri əridib.
Bundan başqa, ildırım yaşayış evinin bəzi hissələrində yanıq izləri buraxıb. Hadisə zamanı A. Rəhimovanın qonşusu - Həmidə Əsgərovanın da evinə ziyan dəyib. Evin elektrik sayğacı və naqillər yararsız hala düşüb. Evdə olan 10 yaşlı Arzuman Hüseynov ildırım düşmə nəticəsində qolundan yanıq xəsarəti alıb.
İlk tibbi yardım alan azyaşlının vəziyyətinin normal olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar