Əməkdar artistin oğlu türmədə öldü

22-09-2015, 13:20   
Əməkdar artistin oğlu türmədə öldü
Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov vəfat edib. Bu barədə aktrisanın özü məlumat verib.

“Rauf cəzaçəkmə məntəqəsinin xəstəxanasında yatırdı. Ciyərində xəstəliyi var idi. Həkimlər çox səy göstərdi, amma ağır vəziyyətdən xilas edə bilmədilər. Böyük oğlum idi, dayağım idi, getdi… Övlad dərdi mənə dağ çəkdi” - deyə əməkdar artist bildirib.

Virtualaz.org saytı xatırladır ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

R.Məmmədov Cinayət Məcəlləsinin 181 (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu.

Onu da qeyd edək ki, Kübra Əliyeva 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.