Bakıda 12 MİLYON MANATLIQ cinayət

20-05-2014, 11:26   

Bakıda külli miqdarda dəyəri olan daşınmaz əmlakın mənimsənilməsi faktı ilə bağlı polisə müraciət daxil olub

Nərimanov rayon sakini, “Çənbərəkənd” MMC-nin sabiq direktoru Məmmədov Xanlar Xanbaba oğlu polisə müraciət edərək, ona məxsus olan mülkiyyətin başqası tərəfindən ələ keçirildiyi bildirib. X.Məmmədov bildirib ki, MMC-yə rəhbərlik etdiyi müddətdə, şirkətin icraçı direktoru olan 1957-ci il təvəllüdlü Mustafayev Sərdar Nürəddin oğlu etibardan sui-istifadə edərək möhürlərin surətini çıxardıb. S.Mustafayev həmin möhürlərdən istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq MMC-nin Badamdar qəsəbəsində yerləşən və dəyəri 7 milyon manat olan, 1387 kvadrat metrlik qeyri-yaşayış sahəsini və K.Kərimov küçəsində dəyəri 5 milyon manat olan 117 kvadrat metrlik mülkü ələ keçirib.


Müraciətlə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.