Bakıda 3 nəfər metan qazından zəhərlənib.
Bu barədə ANS PRESS-ə Daxili İşlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə Binəqədi rayonu, Xarici Dairəvi küçəsində kanalizasiya quyusu qazılan zaman baş verib. Quyu qazan fəhlələr - Bakı şəhər sakinləri Fazil Qasımov, Namiq Ağayev və Coşqun Novruzov quyuya sızmış metan qazından zəhərlənmə ilə xəstəxanaya aparılıblar.