Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Moskvada qatarlar toqquşdu - 5 ölü, 15 yaralı

20-05-2014, 17:10   

Bu gün Moskvanın Naro-Fominsk rayonunda bədbəxt hadisə baş verib. Moskva Kişinyov istiqamətində hərəkət edən sərnişin qatarı yük qatarı ilə toqquşub. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yük qatarının 13 vaqonu relsdən çıxıb və sərnişin qatarı ilə toqquşub. Nəticədə sərnişin qatarının üç vaqonu də relsdən çıxıb. Bəzi məlumatlara görə, onlardan ikisi aşıb.

Hadisə zamanı 5 nəfərin öldüyü, 15-nin isə ağır xəsarət aldığı bildirilir. Ölənlərin sayının artacağı ehtimalı böyükdür. Çünki sərnişin vaqonlarından birinin üzərinə yük qatarının konteyneri düşüb və vaqon bərk əzilib. İndi xilasedicilər əzilmiş vaqondan xəsarət alanları çıxartmağa çalışırlar.

Qeyd edək ki, sərnişin qatarından 400-dən çox adamın olması ehtimal olunur. Qəza bölgəsinə üç vertolyot və “təcili yardım” maşınları göndərilib. Qonşu rayonların xəstəxanaları da xəsarət alanları qəbul etməyə hazır vəziyyətdədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar