10 min manatı mənimsəməkdə şübhəli bilinən şəxs tutulub
Bakı sakininin 10 min manat pulunu mənimsəməkdə şübhəli bilinən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü il sentyabrın 11-də Bakı şəhər sakini Elxan Qəniyev ərizə ilə Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə (PB) müraciət edərək bildirib ki, 2012-ci ilin fevral ayında Tərlan Həsənov onun etibarından sui-istifadə edərək 10 min manat alaraq qaytarmayıb.
Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən T.Həsənov tutulub.