22 yaşlı qız xlor içdi

21-05-2014, 11:44   
22 yaşlı qız xlor içdi
Zaqatalada rayonunda yaşayan 22 yaşlı Rəqsanə Əliyeva xloru meyvə şirəsi ilə səhv salıb içib.

Anspress-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında rayonun Əliabad kənd sakini 1992-ci il təvəllüdlü Əliyeva Rəqsanə Əziz qızı zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstənin yaxınları həkimlərlə söhbətlərində, onun imyəvi maddə olan xloru meyvə şirəsi bilərək içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəqsanə Əliyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Xəstə artıq evə buraxılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.