Bakını ölməyə tərk etdi, səssiz-səmirsiz...

21-05-2014, 16:40   
Bakını ölməyə tərk etdi, səssiz-səmirsiz...
“Ölməyə vətən yaxşı” deyirlər. Ucar sakini də kiçik vətənini son mənzili etdi.
Qaradağlı kənd sakini olan 38 yaşlı Zaur Məmmədov bir neçə gün əvvəl Bakıya valideynləri ilə vidalaşaraq getmişdi. Gecə yarısı gözlənilmədən yenidən ata yurduna qayıtdı, amma bu dəfə vidalaşmadan getdi.

“Zaur Məmmədov xeyli müddətdir ailə üzvlərini də götürərək Bakıya köçmüşdü. Orada mağazada satıcılıq edirdi. Bu gün səhər Zaurun anası mal tövləsinə gələrək heyvanları çıxarmaq istəyib, gördüklərindən dəhşətə gəlib”, - deyə Qaradağlı bələdiyyəsinin sədri Vüqar Zeynalov Milli.Az-a bildirdi.

Ana oğlu Zauru tövlənin tavanında asılmış vəziyyətdə görüb. Zaur ötən gecə heç kimə demədən kəndə qayıdıb, tövləyə girərək orada özünü asıb. Onun ailəsi, uşaqları, xanımı isə hadisədən səhər xəbər tutublar.

Ucar Rayon Prokurorluğu isə intihar hadisəsi ilə bağlı istintaq aparır. Prokurorluqdan Milli.Az-a bildirildi ki, meyit ekspertizaya aparılıb, ölümün dəqiq səbəbi istintaqın sönunda məlum olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.