Polis 6 yaşlı uşağın ölümünə səbəb oldu

21-05-2014, 18:55   

Bu gün Tərtər rayonunda 6 yaşlı uşaq faciəli şəkildə həyatını itirib. O, babası ilə yolu keçərkən sürətlə hərəkət edən avtomobilin altında qalıb. Qəribədir ki, uşağın valideynləri şikayətçi olmayıblar.

AzNews.az hadisənin təfərrüatını araşdırıb.

Məlum olub ki, maşınla uşağı vuran şəxs Tərtər rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Əliyev Məhəmməd Zakir oğludur.

Polis şöbəsinin müstəntiqi Elvin Kərimov faktı təsdiqləyib: "Vəfat edən uşaq 2008-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyevdir. O, qəflətən babasının əlindən buraxılaraq avtomobilin qarşısına çıxıb və hadisə nəticəsində yerindəcə dünyasını dəyişib. Uşağı vuran avtomobili isə Tərtər rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Əliyev Məhəmməd Zakir oğlu olub".

Qeyd edək ki, hadisənin baş vermə səbəblərini Tərtər Rayon Prokurorluğu araşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.