Azərbaycanlı rəssam Camal Əhmədov Rusiyada ərə gedib. Eynicinsli nikaha girən rəssam tanınmış rusiyalı DJ, “Avropa Plyus” radiostansiyasının direktoru Maksim Koçerginlə “ailə həyatı” qurub.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu iki “kişi”nin toyu Danimarkada olub. Toyda çəkilən şəkillər onların dostları tərəfindən sosial şəbəkələrdə yayılıb.
M.Koçergin Rusiya ictimaiyyətinə yaxşı tanışdır. Camal Əhmədova gəlincə isə yalnız o məlumdur ki, Əhmədov akvarel janrında çəkən rəssamdır. O, bir çox sərgilərdə iştirak edib.
Onu da deyək ki, Koçerginlə Əhmədov nikaha girəndən sonra hələ 2012-ci ildən homoseksuallara nikaha girmək icazəsi verilən Danimarkada qalmayaraq geri dönüblər. “Kişilər” hazırda Rusiyada yaşayırlar. Rusiya isə eynicinsli nikahları tanımır.[media=https://www.youtube.com/watch?v=M6fid_3ehCs]