Rusiyada azərbaycanlılar öz həmyerlilərini oğurlayıblar. ANS PRESS-in məlumatına görə, onlar bu yolla borclarını almaq istəyiblər. Hadisə mayın 19-da Sankt Peterburqda baş verib.
Belə ki, axşam saatlarında Zaqreb bulvarı ərazisində 19 nömrəli evdən iki nəfər Azərbaycan vətəndaşını oğurlayıb. Adı açıqlanmayan şəxsin naməlum istiqamətdə aparılmasına səbəb onun borcu olub.
Hüquq mühafizə orqanlarının məlumatına görə, polisə hadisə barədə onunla birgə yaşayan qadın məlumat verib. Lakin qısa müddət sonra, yəni mayın 20-də axşam saatlarında azərbaycanlı evə qayıdıb.
Polis əməliyyat nəticəsində iki nəfəri saxlayıb. Onlar da azərbaycan vətəndaşları olublar.