Bakıda kişi canını xərçəng əzabından güllə ilə qurtardı

22-05-2014, 11:13   
Bakıda kişi canını xərçəng əzabından güllə ilə qurtardı
Bakıda sağalmaz xəstəliyə düçar olan kişi ondan yaxa qurtarmağın yolunu ölümdə tapıb. Binəqədi rayonunda 55 yaşlı kişi öz ağrılarına güllə ilə son qoyub.
Natiq Xudiyev yaşadğı evdə dünən özünü güllələyib. Binəqədi Rayon Prokurorluğundan Milli.Az öyrəndi ki, N.Xudiyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilməyən kişi odlu silahı başına sıxıb və atəş açıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.