Tanınmış prodüser sərxoş vəziyyətdə polislərlə dalaşdı və sərbəst buraxıldı – VİDEO

29-11-2015, 20:20   
Tanınmış prodüser sərxoş vəziyyətdə polislərlə dalaşdı və sərbəst buraxıldı – VİDEO

Tanınmış prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Lent.az-ın məlumatına görə, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

Yol polisi əməkdaşları “Hyundai” markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Məlum olub ki, sürücü, prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edib.

Sürücü müqavimət göstərdiyinə görə, yol polisi əməkdaşları Post Patrul Xidmətindən yardım istəyiblər. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər və Təranə Səmədova məcburi qaydada tibbi müayinəyə aparılıb.

Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Lakin bu gün prodüser yayılan xəbərin həqiqətə uyğun olmadığını söyləyib. Təranə bildirib ki, polis əməkdaşları ilə arasında narahatçılıq, sadəcə, sənəd təqdim etmədiyinə görə yaranıb.

“Axşam saatlarında dostumla görüşməyə getmişdim, yol patrul xidmətinin işçiləri yolda süni post yaratmışdılar. Avtomobili saxlayan polislər məndən sənəd tələb etdilər, sənədləri vermədikdə onlar mənim içkili olduğumu söylədilər. Mən onlara içki içmədiyimi bildirdim və sadəcə, dostumla görüşməyə getdiyimi dedim.

Ancaq polis əməkdaşları sözlərimi qəbul etmədilər, hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını çağırdılar. Onlar məni avtomobildən düşürüb içkili olub-olmamağımı yoxlamaq üçün tibbi məntəqəyə, avtomobilimi isə cərimə meydançasına apardılar. Tibbi məntəqəyə getdikdə onlar mənim içki qəbul etmədiyimi təsdiqlədilər və sərbəst buraxdılar. Hal-hazırda da evdəyəm, yuxudan təzə oyanmışam”.[media=https://www.youtube.com/watch?v=2Xq13fCw0gc]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.