Ev sahibi qulluqçusunu yandırdı

22-05-2014, 12:14   

Səudiyyə Ərəbistanının Riyad şəhərində yaşayan bir xanım qulluqçusundan istədiyi qəhvəni gec gətirdiyi üçün əsəbləşib.

Əsəblərini cilovlaya bilməyən qadın 23 yaşlı filippinli qulluqçunun üstünə qaynar su tökərək onu yandırıb.

Hadisədən xəbər tutan Filippinin Səudiyyə Ərəbistanındakı səfirliyi qulluqçunu nəzarətə götürüb.

Cəmi iki aydır Səudiyyə Ərəbistanında olan gənc qulluqçu hazırda xəstəxanadadır. Onun yaxın qohumlarından biri yanmış vəziyyətdə olan şəklini sosial şəbəkələrdə paylaşaraq onun qulluq etdiyi evin sahibi tərəfindən qaynar su ilə yandırıldığını yazıb.

Adı mətbuata açıqlanmayan qulluqçunun tez-tez ev sahibləri tərəfindən döyülüb təhqir edildiyi də bildirilir.

Qulluqçunun şəkilləri sosial mediada paylaşma rekordları qırır. Filippin səfirliyi də qulluqçunu bu vəziyyətə salan ev sahibinin tezliklə cəzalandırılmasını tələb edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.