Son günlər adı yol polisi ilə qalmaqalda hallanan məşhur prodüser Təranə Səmədova ilə bağlı şok məlumat yayılıb.
Moderator.az criminal.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan prodüser həmin hadisədən əvvəl daha ciddi cinayətdə şübhəli bilinib. T.Səmədova qadın alveri şübhəsi ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə (İAQMİ) çağırılıb.
Sayt yazır ki, 3 qadın T.Səmədovadan şikayət edərək, zorla cinsi istismara məruz qaldıqlarını deyib. Məhz buna görə prodüser İAQMİ-nə çağırılıb.
Məsələ ilə bağlı T.Səmədova ilə əlaqə saxladıq. Prodüser “belə suallara cavab vermirəm” deyərək telefonu bağlayıb.