Əməkdar artist, İzzət Bağırzadə etik normaları aşaraq təhqiramiz ifadələr yağdırıb.
Müğənni özünün "Instagram” səhifəsində yenicə ailə quran həmkarı, müğənni-rəqqasə Sevda Sanəliyeva və üçüncü tanımadığımız şəxslə şəklini paylaşıb. Elə təhqirləri də həmin şəklin altında qeyd edib. Özünə nəzarəti itirərən müğənni etik normaları aşıb, küçə söyüşü söyərək təhqiramiz ifadələrə yol verib. Öz şərhində tərbiyəsiz ifadələrdən də çəkinməyən müğənni sosial şəbəkə istifadəçələrinin qınağına tuş gəlib.
Həmin ifadələri olduğu kimi yazmaq əxlaq normalarına sığışmadığı üçün təqdim edə bilmədik. Lakin həmin ifadələrin əks olunduğu foto yazıya əlavə olunub.
Telefonlara cavab verməyən müğənninin prodüseri məsələ ilə bağlı bunu deyib: "Siz ondan icazə almısınız ki, yazdıqlarını yayırsınız? Özü yatıb. Yuxudan durduqdan sonra özü danışar”.
Xatırladaq ki, müğənni hacıdır və bir neçə dəfə Həcc ziyarətində olub.
Onu da qeyd edək ki, İ.Bağırzadənin yaxın dostu Vasif Məhərrəmli də dünən söyüş dolu statusu ilə gündəmə gəlib. Hər iki dost əvvəlcə söyüb, bir az sonra isə onu silib.
Məlumat üçün bildirək ki, müğənni "Instagram"ın tələblərini pozub. Belə ki, burada söyüş söymək qadağandır(Publika.az).