Narkotiklə tutulan şəxs Sumqayıt Polis İdarəsində öldü

22-05-2014, 16:10   
Narkotiklə tutulan şəxs Sumqayıt Polis İdarəsində öldü
Sumqayıt Şəhər Polis İdarəsində ölüm faktı qeydə alınıb.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgər Əli oğlu Əliyev naməlum səbəbdən təcridxanada ölüb.

Polisdən Ə.Əliyevin Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Ə.Əliyevin ölüm səbəbi keçirilən ekspertizanın nəticəsindən sonra məlum olacaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.