Bakıda tutulan iki nurçuya cinayət işi açıldı

22-05-2014, 16:14   
Bakıda tutulan iki nurçuya cinayət işi açıldı
Azərbaycanda saxlanılan iki nurçu barəsində cinayət işi başlanıb.

Vəkil Nizami Abbasov bildirib ki, bu ilin aprel ayında Bakının Yasamal rayonunda keçirilən əməliyyat zamanı saxlanılmış şəxslərdən ikisi – Eldəniz Hacıyev və İsmayıl Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

Vəkil qeyd edib ki, E.Hacıyev və İ.Məmmədov Milli Təhlükəsizlik Nazirliyində saxlanılırlar.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən nurçu təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçu təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub. Saxlanılan şəxslərin əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.