"Boko Haram" yenə hücum etdi; 29 ölü

23-05-2014, 09:32   
"Boko Haram" yenə hücum etdi; 29 ölü
Nigeriyada "Boko Haram" təşkilatı Borno əyalətinə bağlı bir kəndə hazırladığı hücumda 29 nəfər ölüb, xeyli sayda yaralanan var. “Axar.az” xəbər verir ki, hadisə şahidləri əməliyyatla bağlı Çukunqudoa kəndini 4 saat boyunca mühasirə altında saxladıqlarını bildiriblər. Kənd sakininin dediyinə görə, qadınları və yaşlıları öldürüb, cüssəli kişiləri və oğlanları qaçırıblar: “29 nəfəri basdırdıq, xeyli sayda da yaralı var. Bunlar insan deyil, heç bir insan özündən olanı belə öldürməz”. Qeyd edək ki, “Boko Haram” təşkilatının bu il ərzində Nigeriyada hazırladığı partlayışlarda 1,500-dən çox insan həyatını itirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.