5 ton pul verib avtomobil aldı

23-05-2014, 09:35   
5 ton pul verib avtomobil aldı
Çində bir vətəndaş avtomobili kağız pul əvəzinə 5 ton ağırlığında, hər biri 1 yuan olan qəpik pullarla alıb.

Axar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, satıcı vətəndaşdan yalnız 2.5 ton pul götürüb.

Hadisə Çinin şərqində, Şandun əyalətində baş verib. Çinli kişi təxminən 100 min yuan (16 min dollar) dəyərində maşın əldə edib.

Qeyd edilib ki, alıcı ilk dəfədən satıcıya məbləği qəpiklərlə ödəyəcəyini bildirib. Satışı əldən buraxmaq istəməyən avtosalon meneceri razılaşıb. Pulları saymaq üçün mağazanın bütün əməkdaşları bir araya toplanıb. Bir saat ərzində cəmi 50 min qəpik sayıla bilib. Buna dözə bilməyən avtosalon rəhbərliyi müştəridən məbləğin qalan hissəsini kredit kartı ilə ödəməyi xahiş edib.
- See more at: http://axar.az/news/18797#sthash.NS4Wt3nF.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.