İstanbulun Okmeydanında gərginlik günboyu davam edib.
Avropa.info-nun məlumatına görə, bir qrup aksiyaçı yoldan keçən polis maşınlarına hücum edib. Yüzlərlə maskalı aksiyaçı əvvəlcə polis avtobusunu daşlayıb. Bu vaxt polislər avtobusdan çölə gözyaşardıcı qaz atıblar. Qaz avtobusun içindəki polislərə daha pis təsir göstərib.
Avtobus geri-geri gedərək hadisə yerindən uzaqlaşa bilib.