Nizami rayonunda yerləşən 117 saylı Mənzil İstismar Sahəsinin rəisi Bəşir Bəşirov həbs edilib. Yaxınlarından əldə etdiymiz məlumata görə onu Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Nərimanov rayonu ərazisində, Dövlət Reyestr Xidməninin yaxınlığında saxlayıblar. Mənbə bildirib ki, bir nəfər sakin B.Bəşirovdan MİS-in ərazisinə yerləşən birotaqlı evinin özəlləşdirilməsində kömək etməyi xahiş edib. O da həmin adamdan aldığı 2 min manat pulu Dövlət Reystr Ximdmətində çalışan şəxsə vermək üçün gedərkən saxlanılıb. «MİS-in özəlləşmə məsələsində heç bir rolu yoxdur, ona görə B.Bəşirov günahsız tutulub-deyə mənbə bildirib". MİS rəisnin barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.