Türkiyədə daha iki zəlzələ faktı qeydə alınıb. Yeraltı təkanlar gecə saatlarında Egey dənizində baş verib. Boğaziçi Universiteti Kandilli Rəsədxanasından verilən məlumata görə, yeraltı təkanların birinin gücü 4,2, digərinin isə 4,6 bal təşkil edib. Egey dənizində zəif hiss olunan yeraltı təkanların mütəmadi olaraq qeydə alındığı da bildirilir. Qeyd edək ki, ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 100-dən çox insan yaralanıb. Çanaqqalada 100-ə yaxın adam, Şarköydə 5, Tekirdağda 15, Edirnenin Keşan bölgəsində isə 4 nəfər yaralanıb. Ədirnədə inşaat meydançasında işləyən 1 nəfər işçi isə zəlzələ zamanı qaçarkən, başına kərpic düşməsi nəticəsində yaralanıb.