Hakimiyyət Rusiyanın Ermənistana silah satmasına niyə etiraz etmir?

22-02-2016, 10:12   


Nurəddin Məmmədli: “Avropada adi silahların məhdudlaşdırılmasına dair konvensiyanın prinsiplərinə uyğun şəkildə Azərbaycan buna etiraz etməlidir”

Xəbər verildiyi kimi, Moskva Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb. Razılaşmanın şərtlərinə əsasən, Ermənistan alışın 10 faizini ödəyəcək, qalan hissə isə kreditlə ödənəcək.

Xatırladaq ki, Rusiya və Ermənistan arasında 2015-ci ilin iyun ayının 26-da imzalanan, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə, Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit verib.


Rusiyanın Ermənistana daim dəstək verməsi, onun himayəçisi olması bəlli bir məsələdir. Lakin məsələylə bağlı Azərbaycanın rəsmi açıqlaması, bəyanatı elan edilmir. Görəsən, rəsmi olaraq hökumət buna niyə etirazını bildirmir?

Professor Nurəddin Məmmədli Azərbaycanın həmişə Rusiyanın iradəsi, təsiri altında siyasətini formalaşdırdığını, onun tələb və iradəsinə tabe olan dövlət kimi fəaliyyət göstərdiyini deyir. Nurəddin bəy bütün hallarda beynəlxalq məsələlərin Rusiya ilə razılaşdırılandan sonra rəsmi siyasətə çevrildiyini bildirir: “Ermənistana bu sayaq yardım göstərilməsi ilk dəfə deyil. Rusiya Ermənistana əvvəllər də 3 milyard dəyərində silah-sursat vermişdi. Indi də 200 milyonluq müasir silahların verilməsimylə bağlı rəsmi məlumatlar var. Bütün bunların hamısı hakimiyyətin Rusiya qarşısında acizliyinin ifadəsidir. Azərbaycan beynəlxalq normalara, konkret olaraq Avropada adi silahların məhdudlaşdırılmasına dair konvensiyanın prinsiplərinə uyğun olaraq buna etiraz etməlidir. Lakin Rusiyaya olan qorxu buna imkan vermir. Ona görə də zaman-zaman ölkəmizin maraqlarına zidd olan, beynəlxalq hüququ tapdayan addımlarla rastlaşmağa məcbur oluruq”.

Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar