YAVƏR CAMALOVUN HOTELİ ƏSLİNDƏ ƏXLAQSIZLIQ YUVASIDIR?

25-02-2016, 23:18   
YAVƏR CAMALOVUN HOTELİ ƏSLİNDƏ ƏXLAQSIZLIQ YUVASIDIR?
«New Baku»da baş verən hadisələr aidiyyəti hüquq-mühafizə orqanlarını hərəkətə gətirməlidir

Son vaxtlar Bakıda priton kimi fəaliyyət göstərən obyektlərin sayı xeyli artıb. İnsaf naminə bildirmək lazımdır ki, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadın ticarətinin tüğyan etdiyi obyektlərdə mütəmadi olaraq reydlər həyata keçirir, qadınları fahişəliyə cəlb edən şəxslər saxlanılırlar. Amma buna baxmayaraq, əxlaqsızlıq yuvalarının sayı azalmaq bilmir ki, bilmir. Maraqlıdır ki, son zamanlar elit hotellərin bir neçəsinin iyrənc işlərə xidmət etməsi barədə də ittihamlar səsləndirilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, paytaxtın Həsən Əliyev küçəsində yerləşən «New Baku Hotel»ində xoşagəlməz işlər cərəyan edir. Qısaca bildirmək istəyirik ki, 7 mərtəbədən ibarət olan bu hoteldə 48 ədəd otaq yerləşir. Hotelin bütün nömrələri hava tənzimləyicisi, saçqurudan, peyk/kabel antenalı televizor, duş kabini, sürətli internet, minibar, rəqəmsal seyflə təchiz olunub. Alınan məlumatda deyilir ki, bu hotel əsasən imkanlı şəxslərin, başqa sözlə desək paytaxtın elit təbəqəsinin rahat istirahət edə bilməsi üçün nəzərdə tutulub: «New Baku Hotel»də həftənin bütün günləri, əsasən də şənbə və bazar günləri müştəri sıxlığı müşahidə edilir. Hotelin qarşısında dayanan bahalı maşınlar bura gələn müştərilərin varlı olmasından xəbər verir. Komfortundan asılı olaraq otaqların qiyməti 100-150 manat arasında dəyişir. İmkanlı müştərilər özləri ilə qız gətirib hoteldə əyləncəli vaxt keçirirlər. Bunu görmək üçün kənardan müşahidə aparmaq kifayətdir. Hotel 24 saat fəaliyyət göstərir və müştəri qıtlığı heç vaxt yaşanmır». Hotelin kimə məxsus olmasına gəlincə mənbə qeyd edir ki, «New Baku»nun adı müdafiə sənayesi naziri Yavər Camalovla bağlanılır: «Nazirin digər obyektlərində olduğu kimi, bura da nəzarəti qardaşı oğlu Samir Camalov həyata keçirir». Bu arada onu da qeyd edək ki, bir müddət əvvəl sözügedən hoteldə cinayət hadisəsinin baş verdiyi bildirilir. Hotelin qonaqları arasında yaranmış mübahisə sonda tərəflərdən birinin bıçaqlanması ilə nəticələnib. Lakin hotelin rəhbərliyi məsələyə müdaxilə edərək nə olay barədə məlumatın ictimailəşməsinə, nə də cinayət işinin açılmasına imkan verib. Beləliklə, cinayət hadisəsi ört-basdır edilib.\patriot.az\
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar