Rusiya mətbuatı: "Qarabağ bir neçə günə geri alınacaq"

4-03-2016, 09:59   
Rusiya mətbuatı: "Qarabağ bir neçə günə geri alınacaq"
Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salır


Rusiya baş nazirinin müavini, hərbi sənayeyə cavabdeh olan Dmitri Roqozinin Bakı səfəri Rusiya mətbuatının və hərbi ekspertlərin diqqətini cəlb edib.

ANS PRESS-in məlumatına görə, Rusiya KİV-i bu səfərə geniş yer ayırıb.

"Kommersant" qəzeti yazır ki, Roqozinin Bakıya səfərinin əsas məqsədi guya Azərbaycanın 2011-ci ildə bağlanmış müqavilələr əsasında sifariş verdiyi silahların bir qisminin pulunu ödəyə bilmədiyinə görə Bakıyla borc danışıqları aparmaq məqsədi daşıyır. Amma rəsmi açıqlamada hərbi-texniki əməkdaşlıq barədə müzakirələrin aparıldığı haqda heç nə deyilməsə də ekspertlər şübhə etmir ki, bu məsələ də müzakirə olunub. Qeyd olunur ki, ola bilər, Azərbaycan Rusiyadan yeni hücum silahları almağa hazırlaşır.

Tərəflərin hərbi-texniki əməkdaşlıq barədə müzakirələr apardığını Roqozinin “Tvitter”dəki qeydi təsdiq edir: "Bakıda səfərin əsas nəticəsi belədir: tərəflər belə həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiq etdilər".

Dmitri Roqozin

Roqozinin Bakı səfərini təhlil edən "Ruskaya planeta" portalı yazır ki, 2010 - 2014 il dövründə Rusiya və Azərbaycan 4 milyard dollar məbləğində bir neçə böyük razılaşma imzalayıb. Bakı silahların geniş spektrini almağa qərar verib: zenit-raket kompleksləri (S-300PMU-2, "Tor-2ME"), özüyeriyən artilleriya quraşdırmaları ("Msta-S"), ağır oqnemyot sistemləri ("TOS-1A"), yaylım atəşinin ("Smerç") reaktiv sistemləri, tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüzə yaxın döyüş və nəqliyyat vertolyotu.

Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir


Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal Azərbaycanın hərbi büdcəsinin Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıq olduğunu qeyd edır. Həmçinin qeyd edilir ki, Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salır.

“GlobalFirePower” reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir. Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. “Azərbaycanın ordusunu gücləndirməsi şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir”- deyə internet nəşr yazır.

Hərbi təlim

Portal bu haqda hərbi ekspertlərin sözlərindən sitat gətirərək bildirir ki, Ermənistan Azərbaycan silahlı qüvvələrinin təzyiqi qarşısında dayanmayacaq.

Qeyd edək ki, son günlər Rusiyanın yüksək vəzifəli məmurları Azərbaycana tez-tez səfər edir. Məsələn, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib. Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib. Martın 4-də isə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar