Biləsuvar gömrük keçid məntəqəsində ölüm hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Biləsuvar rayonunun Abazovka kənd sakininin gömrük keçid məntəqəsində monitorinq zamanı ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə təcili yardım maşını göndərilib. Ölənin şəxsiyyəti müəyyənləşib. Bu, Abazovka kəndinin sakini Elşən Məmmədhəsən oğlu Qasımovdur. (Report)