Artıq bir neçə gündür ki, Bakının Qala divarlarına bənd edilmiş saat işləmir.
anaxeber.info əməkdaşının müşahidəsi zamanı bəlli oldu ki, estetik baxımdan xüsusi görünüşlü saatın işləməməsi Bakının mərkəzi bağında olan turistlərin də diqqətini çəkib.
Fotodan da göründüyü kimi, axşam saatları olsa da, cənab merin həssaslıqla yanaşdığı bu saatın əqrəbləri günortada donub!
Xatırladaq ki, Bakı meri Hacıbala Abutalıbivun təşəbbüsü ilə şəhərin bir neçə yerində quraşdırılan qiymətli və estetik saatların işləməməsi artıq adi hal alıb.