Yanan binayla bağlı istintaq niyə yekunlaşmır?

8-03-2016, 10:18   

Əsl günahkarlar azadlıqda olduğuna görə bu iş müşkülə çevrilib

Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın baş verməsi ilə bağlı saxlanılan şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin iyunun 19-dək uzadılması barədə qərar qəbul edib.

Bildiyiniz kimi bu faciə nəticəsində 15 nəfər ölmüş, 50 nəfərdən artıq şəxs xəsarət alımışdı. Həmin hadisədən öncə Xətai rayonunda, Buzovna qəsəbəsində də penoplast üzlüklü binalarda yanğın baş vermişdi və xoşbəxtlikdən xəsarət alan olmamışdı. Bu haqda mətbuat yazsa da, ekspertlər həyəcan təbili çalsa da, hökumət qətiyyən adekvat addım atmadı və bütün şəhər penoplast üzlüklü materialla üzləndi. Nəticədə də Binəqədidəki məlum faciə baş verdi. Bəli, bu adamlar acgözlüyün, məsuliyyətsizliyin qurbanı oldular. 2 aydan sonra bu faciənni bir ili tamam olacaq. Hələ də günahkarla məsuliyyətə cəlb olunmayıb. Hələ 5-6 ay öncə baş nazirin müavini Abid Şərifov demişdi ki, istintaq 10 günə yekunlaşacaq və günahkarlar cəzasın alacaq. Amma bu baş vermədi və göründüyü kimi saxlanılanların həbs müddəti uzadılıb. Saxlanılanlar isə JEK müdürü, Binəqədi icra başçısınını keçmiş müavinidir. Guya, bütün ölkəni penoplast üzlüyə bürüyən, milyonlarla vəsaitləri mənimsəyən bu adamlardı. Təbii ki, bu adamların da məsuliyyəti var, amma bu adamlar binaların hansı materialla üzlənməsinə qərar vermirlər. Bu zərərli materialın istifadəsinə sertifikat verən, bu üzlənmə prosesinə icazə verən adamlar başqalarıdı. Məhz buna görə də istintaq yekunlaşmır, yekunlaşdıra bilmirlər. Çünki, bu faciənin əsl səbəbkarları daha yuxarı kürsülərdə otururlar və bu adamlar dövlətin milyonlarının talan edilməsinə şərait yaradıblar. Bu qədər vəsaiti mənimsəyənlər üzə çıxarılmalıdır. Amma ölkədə ədalətli məhkəmə sistemi olmadığı üçün bir qayda olaraq iri cinayətkarlar cəzalandırılmır.


Nəticə də bunu göstərir ki, yanan binayla bağlı cinayət işinin açılması görüntü yaratmaq və tədricən bu hadisəni unutdurmaqdı. Prezident vəd versə də, gurultulu müşavirə keçirsə də nəticə olmadı. Hökumətin təcrübəsində belə hallar çox olub. Həmişə prezidentin nəzarətə götürdüyü işlər nəzarətsiz qalır.

Camaatı avam hesab edirlər. Sanki, istintaq qlobal cinayətkarlıqla bağlı işi araşdırır. Bu qədər çılpaq həqiqətlərin əhatəsində, hansı müəmmanı axtarırlar? Həbs qətimkan tədbirinin müddəti hansı zərurətə görə uzadılıb. Bunun sadəcə bir cavabı var. Faciəni unutdurmaq, əsl günahkarları yaddan çıxarmaq və insanaların qanını batırmaq.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar