Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Metroda gülməli hadisə

26-05-2014, 11:10   
Metroda gülməli hadisə
Bakı metrosunda sərnişinlər gülməli mənzərəyə tamaşa ediblər. ANS PRESS-in Milli.Az-a istinadən verdiyi məlumata görə, qatara adamların güc-bəla ilə daxil olduğu bir vaxtda, sərnişin tərəfindən vaqona böyük həcmli mənzil qapısı yerləşdirlib. Vaqona salınan qapı sərnişinlərin həm gülüşünə, həm də qəzəbinə səbəb olub. Qapı böyük olduğundan vaqonu iki hissəyə bölüb.

Maraqlısı odur ki, həmin şəxs iri qapı ilə metroya necə daxil olub, buna kim icazə verib?! Metroda təhlükəsizliyə cavab verən, hər xırda təhlükəli əşyanın içəri keçirilməsinə nəzarət edən polisin gözündən bu boyda qapı yayınırsa, hansı təhlükəsizliyimizdən danışa bilərik.

Bakı Metropoliteninin mətbuat xdmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, həmin hadisədən xəbərsizdir. Onun sözlərinə görə, parametrləri uyğun olmayan yüklərin metroda daşınması qadağandır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar