İsa Veyisovun məhkəmə zalında qandallandığı iddia edilir
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının keçmiş direktoru İsa Veyisovun ötən həftənin son iş günü keçirilən məhkəmə prosesində həbs olunduğuna dair məlumat yayılıb.
İsa Veyisovun iştirak etdiyi məhkəmə prosesi ona qarşı irəli sürülmüş rüşvə və korrupsiya ittihamları ilə bağlı olub. Prosesdə hər şey təsdiqini tapdığından həbs qərarı çıxarılıb.
Qeyd edək ki, İsa Veyisovun AMİ-nin Qazax filialına rəhbərlik etdiyi müddətdə xeyli sayda saxta diplom satdığı, korrupsiya və rüşət qalmaqallarına qarışdığı təsdiqini tapmış məlumatlardandır. Hətta onun pul alaraq, diplom verəcəyi şəxslər belə bu yaxınlarda etiraza qalxmışdılar. Eyni zamanda, Veyisovun Qazaxdakı villasının yandırılması da baş vermişdi.
Məsələni dəqiqləşdirməyə çalışırıq.