6 saylı uşaq xəstəxanasında YOLUXUCU VİRUS HƏYƏCANI - "Gərək kimsə ölsün ki, dövlət müdaxilə etsin?"

10-03-2016, 12:34   
6 saylı uşaq xəstəxanasında YOLUXUCU VİRUS HƏYƏCANI - "Gərək kimsə ölsün ki, dövlət müdaxilə etsin?"

6 saylı uşaq xəstəxanasında təhlükəli vəziyyət yaranıb. Bu barədə anaxeber.info-a xəstə yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında xəstəxanada yüngül xəstəlikdən müalicə alan xəstə uşaqlar və hətta onların valideynləri - 10-a yaxın adam naməlum yoluxucu virusa yoluxublar.
anaxeber.info-a deyilənlər: "Ümumiyyətlə bu xəstəxanada natəmizlik, anisanitariya şəraidi və özbaşınalıq hökm sürür. Həkimlərə, tibb bacılarına, xadimələrə belə uzun müddətdir maaş verilmədiyindən (özləri deyirlər) xəstələrə diqqət bir yana, xəstələrlə və xəstə yaxınları ilə kpbud davranış adi hala çevrilib.

Xəstələr dövlət xəstəxanası olmasına baxmayaraq, ən primitiv tibbi ləvazimatları belə öz pullarına alırlar. Etiraz edəndə də xeyri olmur".

Xəstə yaxını bildirir ki, dünən isə xəstələrdən birindən digər uşaqlara və valideynlərə naməlum yoluxucu virus keçib: "Qusma, halsızlaşma kimi əlamətlərlə müşahidə olunan yoluxmadan əziyyət çəkənlərə 6 saylı xəstəxananın həkimləri yardım belə etməyiblər və yoluxanlar "Semaşko"ya yerləşdirilib".

Xəstə yaxını bildirir ki, dövlət 6 saylı xəstəxanaya mütləq müdaxilə etməlidir: "Burada faciəvi durum var. Gərək kimsə ölsün ki, dövlət müdaxilə etsin?"

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar