Məhbus nəzarətçilərə pul vermədiyinə görə ölümcül döyülüb

26-05-2014, 11:15   
Məhbus nəzarətçilərə pul vermədiyinə görə ölümcül döyülüb
Samirə Kəlbiyeva: «Camalın bədənində salamat yer saxlamayıblar»

Dünən redaksiyamıza Lənkəran rayon, Liman şəhəri, M.Ə.Sabir küçsəsi 156 saylı evdə yaşayan Samirə Xosrov qızı Kəlbiyevadan şikayət məktubu daxil olub. JAM.AZ-a müraciət edən Samirə xanım bildirir ki, şikayət etməsinə səbəb 11 saylı Cəzaçəkmə Müəssisəsində məhkum olan oğlu Camal Kəlbiyevin nəzarətçilər tərəfindən möhkəm döyülməsidir.

Şikayətçi qeyd edir ki, oğlu 2008-ci ildə hepatit “C” xəstəliyinə tutulub. «Oğlum dəfələrlə müalicə alıb. Sonuncu dəfə isə o, 2010-cu ildə mənim Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciətimdən sonra, Semaşko adına xəstəxanada müalicə olunub. Lakin müalicəsi tam effekt vermədi. 2011- ci ildə 8 il həbs cəzası alan və hazırda cəzasını çəkən oğlumun qara ciyəri və böyrəkləri zədəlidir. Onun müalicəyə ehtiyacı var».

Lənkəran sakini JAM.AZ-a bildirib ki, mayın 18-də oğlu ilə görüşüb. «Görüş zamanı bildirdi ki, əvvəlki görüşdən sonra nəzarətçilər ondan pul istəyiblər. Pul vermədiyinə görə onu döyüblər. Bu dəfə də pul verilməsə, möhkəm döyüləcək. Ailəmiz kasıblıq olduğundan oğluma pul verə bilmədim. Ayın 25-də xəbər tutmuşam ki, onu yenə də möhkəm, ölümünə döyüb karsa salıblar. Bədənində salamat yer saxlamayıblar».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.