Abbas Abbasovun "Moskva sxodkası" başladı

26-05-2014, 14:31   
Abbas Abbasovun "Moskva sxodkası" başladı
Moskvada “Azərbaycanlıların Rusiya tarixində rolu” adlı elmi-praktiki konfras öz işinə başlayıb.

Virtualaz.org-un tədbirdə iştirak edən Moskva müxbiri Yuliya Medvedeva bildirir ki, milli muxtariyyatların 15 illik yubileyi çərçivəsində keçirilən konfransada Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı Rusiya hakimiyyətinin-Dövlət Dumasının, Moskva və Rusiya hökumətlərinin üzvləri və vətəndaş cəmiyyətinin təmsilçiləri də iştirak edirlər.

Tədbirdə əsasən Rusiya-Azərbaycan əlaqələrinin tarixindən, azərbaycanlıların və Azərbaycan icmasının Rusiyanın mədəni, iqtisadi və ictimai həyatındakı rolundan danışılacağı gözlənilir. Məqsəd, uzun illər ərzində qazanılmış təcrübədən qarşılıqlı əlaqələrin, xalqlarımızın inkişafı və xoş gələcəyi naminə bundan sonra da istifadə olunmasına nail olmaqdır.

Müxbirimiz xəbər verir ki, konfransda elmlər namizədi Oqtay Hüseynovun çıxışı rezonansa səbəb olub. O bildirib ki, XIX əsrin ortalarında Azərbaycanda feodal özbaşınalığı hökm sürürdü, azərbaycanlılar bir-birilərini qırırdılar.

Onun fikrincə, yalnız Rusiyanın himayə altına alması nəticəsində biz bir millət kimi formalaşa bilmişik: “Yaxşı ki, Rusiya Azərbaycanı zəbt etdi, biz bu gün məhz buna görə müstəqil və inkişaf edən dövlətə çevrilmişik”.

Xatırladaq ki, konfransın yekununda Abbas Abbasovun Rusiya Millətlər Evi ilə memorandum imzalayacağı gözlənilir.

Virtualaz.org onu da xatırladır ki, son günlər Azərbaycan KİV-ləri Moskva azərbaycanlılarının keçirəcəyi qapalı görüşdən yazırdılar. Xüsusi vurğulanırdı ki, bu görüş Azərbaycan baş nazirinin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun təşəbbüsü ilə təşkil edilir.

Azərbaycan KİV-lərində yazılanlara görə, görüşdə yenə də gizli məsləhətləşmələrdən, siyasi təşəbbüslərdən və hakimiyyətə qarşı atılacaq hansısa addımlardan söhbət gedəcəyi iddia olunurdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.