Sabiq deputat Nazim Məmmədov həmtəsisçisi olduğu "Atahan Dəmir Sənaye" MMC-yə basqınla əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib.
Modern.az xəbərinə görə, bu barədə N. Məmmədovun özü məlumat verib:
“Binəqədi Polis İdarəsində şikayətimiz araşdırılmadığına görə, daxili işlər naziri Ramil Usubova e-müraciət göndərdim : "16 may 2014-cü il tarixdə sahibi olduğum "Atahan Dəmir Sənaye" MMC-yə bir qrup "qoçu dəstəsi" tərəfindən basqın edilmiş , həm müəssisəyə, həm də şəxsimə qarşı soyğunçuluq əməli baş vermişdir. Ümumilikdə 25400 manat ziyan vurulmuşdur. Tərəfimizdən Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət ərizəsi və izahat verilməsinə baxmayaraq, iş materialları Binəqədi Polis İdarəsində süründürməçilik ucbatından araşdırılmır, basqını həyata keçirənlər isə məni təhdid edir. Xahiş edirəm işi nəzarətinizə götürüb, araşdırmaq üçün göstəriş verəsiniz"”.