Bu gün günorta saatlarında Şüvəlan bazarında sahibkarlarla polis arasında qarşıdurma yaranıb.
Bu barədə azadliq.info yerli mənbələrdən məlumat alıb.
Məlumatda deyilir ki, qarşıdurmaya səbəb polis rəisinin bazarın qarşısında təşkil olunan ticarətin yığışdırılmasına göstəriş verməsidir. Sahibkarlar buna etiraz ediblər. Polis etirazın qarşısını almağa çalışıb. Bu zaman qarşıdurma yaranıb. Xəsarət alanların olduğu deyilir. Bildirilir ki, bazarın qarşısına aparan yollar bağlanıb, ərazidə gərginlik hökm sürür.