“Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatına bağlı olan insanlar Bakıda bayram şənliyi keçirib”.
Bu barədə “Axar.az”ın muxbirinə bayram şənliyi keçirən şadlıq sarayında çalışan işçilər məlumat verib.
16 mart tarixində Bakının Nərimanov rayonunda yerləşən “Miraj” Şadlıq Sarayında keçirilən Novruz şənliklərində PKK-ya və qondarma kürd respublikasına bağlı insanlar olub və şadlıq sarayından PKK-nın və qondarma kürd respublikasının bayraqlarını asıblar.