Ukraynanın devrilən sabiq prezidenti Viktor Yanukoviç bəyan edib ki, ölkədə keçirilən prezident seçkilərinə hörmətlə yanaşacaq.
Bu barədə azvision.az Rusiya KİV-ə istinadən xəbər yayıb.
“Ukraynada növbədənkənar prezident seçkiləri keçirilib. Seçici fəallığından asılı olmayaraq ölkə əhalisi seçim etdi və mən vətənimizin bu çətin günlərdə edilən bu seçimə hörmətlə yanaşıram”, -deyə Yanukoviç vurğulayıb.
Yanukoviç eyni zamanda bildirib ki, seçkilərin və yeni prezidentinin leqtimliyi üçün ölkənin şərq regionlarının da iradəsi nəzərə alınmalıdır.
Xatırladaq ki, Ukraynada MSK səslərin 50,26 faizini hesablayıb və həmin nəticələrə əsasən Petro Poroşenko səslərin 53,26 faizini toplayaraq rəqiblərini böyük hesabla qabaqlayıb. Onun ən yaxın rəqibi Yuliya Timoşenko isə seçicilərin 13,10 %-nin səsini toplayıb.