Laçın, Cəbrayıl və Səlyan rayonlarının icra başçılarının vətəndaşlarla kobud davranışlarına görə vəzifələrindən kənarlaşdırılmaları Azərbaycan dövlət idarəçiliyində bir ilk deyil. Ancaq bundan əvvəlki hallardan fərqli olaraq indi icra başçılarının vəzifələrindən bu ad altında çıxarılmaları yeni idarəetmə mərhələsinin başlandığı kimi təqdim olunur. Bu fikirlərdə müəyyən həqiqət əlbətdə ki, var. Neftin ucuzlaşması nəticəsində büdcə gəlirlərinin kəskin azalması məmurlardan yeni davranış tələb edir. Ancaq belə görünür ki, bəzi məmurlar buna sadəcə olaraq hazır deyillər. Üç rayonun icra başçısının sərt tənqidlərlə vəzifələrindən kənarlaşdırılması ali hakimiyyətin məmur təbəqəsini mövcud reallıqlarla barışdırmaq istəyi kimi də yozula bilər. Çox böyük ehtimalla bu siyasət davam etdiriləcək. İnfoAZ.org saytına daxil olan məlumat da bu yöndədir və məmurların yeni qaydalara uyğunlaşdırılması prosesinin davam edəcəyindən xəbər verir. Məlumata görə, yaxın günlərdə məmurların cəzalandırılması prosesi davam edəcək.
Onlar bəziləri yenə vətəndaşlara qarşı kobud davranışın qurbanı ola bilərlər. Ancaq başqa ittihamlarla vəzifələrini itirən məmurlar da olacaq. Məsələn, bəzi icra başçılarının büdcə vəsaitlərini talan etmə ittihamı ilə üzləşmə ehtimalı var. Əgər bu məlumatlara inansaq büdcə vəsaitlərinin talan edilməsi ittihamı ilə üzləşən icra başçılarından biri də Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. Məlumata görə, hakimiyyətin yüksək dairələrində belə fikir var ki, son 20 il ərzində icra başçısı olan Taleh Qaraşovu Mahmud Quliyev kimi vətəndaşlarla kobud rəhtar etməkdə ittiham edərək vəzifəsindən kənarlaşdırmaq müxalifətin əlinə ali hakimiyyəti tənqid etmək üçün bəhanə verə bilər. Bu zaman haqlı olaraq ortaya belə sual çıxa bilər ki, vətəndaşlarla kobud rəftar edən şəxs niyə 20 il icra başçısı işləyib və ona Kürdəmir, Cəlilabad, Nefçala, Astara və ən nəhayətdə Lənkəran şəhəri necə etibar edilib. Bu kimi tənqidlərə əsas verməmək üçün icra başçısına qarşı büdcə vəsaitlərini talan etmə ittihamı irəli sürülə bilər. Bu isə çox böyük sərvət sahibi olduğu iddia edilən Taleh Qaraşovun məmur karyerasına son qoyduqdan sonra bəzi keçmiş icra başçıları kimi Avropaya köçməsinin qarşısını da ala bilər. Məlumata görə, hakimiyyətin yüksək dairələrindən verilən göstəriş əsasında Lənkəran şəhərinin daxili, eləcə də ayrı-ayrı kəndləri birləşdirən avtomobil yollarının tikintisi və təmirinə sərf edilən bir neçə milyon manatın necə istifadə olunması ilə bağlı qeyri-rəsmi araşdırma aparılıb.
Bu zaman görülən işlərin maya dəyərinin şişirdilməsi, həyata keçirilmiş tikinti işlərinin keyfiyyətinin aşağı olması müyyən olunub. Araşdırmanı aparanları ən çox maraqlandıran əməliyyatlar isə Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi işlər olub. Məlumata görə, Nicat Bağırovun rəhbərlik etdiyi “Lənkəran Yol Tikinti” ASC-i Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirlən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikinti üzrə tenderin qalibi olub. Təxminən 3.2 milyon manat smeta dəyəri olan Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinin keyfiyyəti bu əməliyyatda qaranlıq məqamlar olduğunu düşünməyə əsas verir. Çox maraqlıdır ki, “Lənkəran Yol Tikiniti” ASC-nin təxminən 3 milyon manat büdcə pullarının sərf etdiyi Lənkəran şəhərin daxili avtomobil yollarının keyfiyyəti qane edici deyil. Göünür ASC sədri Nicat Bağırovla icra başçısı Taleh Qaraşov asanlıqla anlaşdığı üçün 6.2 milyon manatdan artıq büdcə vəsaitinin sərf olunduğu işlər “Lənkəran Yol Tikinti” ASC-yə həvalə olunub. Məlumata görə, araşdırmalar bu əməliyyatlarda tikinti işləri zamanı smeta xərclərinin şişirdilməsi məlum olub.
Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov yaxın günlərdə vəzifəsindən kənarlaşdırılsa, abadlıq işlərinin görülməsi ilə bağlı büdcə pullarının da taleyinə aydınlıq gətiriləcək. Qeyd edək ki, bu sahədə ciddi maliyyə pozuntularının olması ilə bağlı iddialar var və biz həmin məlumatları araşdırmağa çalışırıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional İdarəsi rayon mərkəzindəki xiyabanda unikal ağacların kəsilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib. Həmin müraciətdə bu vəziyyətdən narahatlıq ifadə olunub, nadir ağacların qırılmasına dərhal son qoyulması və müvafiq araşdırma aparılaraq günahkarların cəzalandırılması tələb edilib”. Bunu virtualaz.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki mənbə söyləyib.
Bundan başqa, məlumatlı mənbələrdən sayta verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA ictimai təşkilatı da bundan bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət edərək rayondakı parkda ağacların kəsilməsindən narahatlığını bildirib və bunun dərhal dayandırılmasını tələb edib.Lakin İDEA təşkilatının da bu məsələyə müdaxiləsinə baxmayaraq Lənkəran Rayon İcra Hakimiyyəti nadir ağac növlərinin qırılmasına göz yummaqda davam edir.
Bir qrup Lənkəran şəhər sakinlərinin iddiasına görə həftədə bir neçə dəfə gecə səhərə yaxın xiyabandakı nadir ağacların kəsilməsi işi davam etdirilir. Ağacların kəsilməsi işi çox gizli və səssiz həyata keçirilir. Şəhər sakinləri bildirirlər ki, nadir ağacları rayon icra hakimiyyətinin məsul şəxsləri qırdırırlar. Çünki ərazidə xeyli sayda nadir ağac var. Və demək olar ki, iki gündən bir xiyabanda bir-iki ağac yoxa çıxır. Yəni bir müddətdən sonra xiyaban tamamilə boş qalacaq bu isə rayon icra başçısı Taleh Qaraşov və birinci müavini İlqar Dadaşovun maraqları çərçivəsindədir.Çünki ərazini icra başçısı ilə müavini baha qiymətə sahibkarlara satmaqda davam edirlər. Qırılmış ağacların yerində yaranan ərazilər isə TalehQ araşovla İlqar Dadaşovun gəlirini xeyli artıracaq. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!