Bomba səsləri əhalidə vahimə yaratdı
Tərtərdə ermənilərlə təmas xəttində şiddətli atışma gedir. Bu haqda “Basta”ya Tərtərdəki mənə məlumat verib. Atışmanın gecədən başladığı və son illərdə görünməmiş şiddət aldığı bildirilir. Bomba səsləri və məlumatsızlıq əhalidə vahimə yaradıb.
Atəşkəsin pozulduğunu Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirliyin mətuat xidməti bildirir ki, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.
“Tərtərdə ağır çaplı silahlardan atəş səslərinə görə böyük narahatlıq var. Əhali vəziyyətin mahiyyətini bilmədiyi üçün vahimə içindədir”.
Bu sözləri isə Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Səlahiyyət sahibləri, durmadan yerli əhalini məlumatlandırın.
Nə etməli olduqlarını izah edin. Yerli hakimiyyət strukturlarını hərəkətə gətirin. Təşvişi durdurun”, – deyə, Müsavat başqanı çağırış edib.
bastainfo.com