Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.
Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.
Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.(apa)