Sabirabadda müəllimlər üsyana qalxdı: DİREKTORUN DƏLƏDUZLUĞUNA GÖRƏ

11-04-2016, 19:55   
Sabirabadda müəllimlər üsyana qalxdı: DİREKTORUN DƏLƏDUZLUĞUNA GÖRƏ
Fateh Qəribli: «Diləfruz Mustafayevə büdcənin pullarını yeyib, bizim maaşımızı vermirlər»

Onlarla müəllimin hüququ Kapital Bankın Sabirabad filialı və Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva tərəfindən kobud şəkildə pozulub. Bu barədə JAM.AZ-a rayon sakini Fateh Qəribli məlumat verib.

O bildirib ki, ötən ilin iyulunda zərərçəkən müəllimlər Sabirabad Prokurorluğuna şikayət ediblər. «Diləfruz Mustafayevaya müəllimlərə qarşı dələduzluq etməsi faktına görə, 15.07.2015-ci ildə CPM-in 178.2.4-cü maddəsiylə Sabirabad Polis Şöbəsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi açılıb. Həmin vaxt yerli məhkəmə onu günahkar bilərək, 3 ay müddətinə azadlıqdan məhrum etmişdi. Lakin kimlərsə külli miqdarda dövlət vəsaitini mənimsəmiş direktoru həbsdən buraxdırmağı bacarıb».

Fateh Qəribli bildirir ki, bu cinayət işində rayonun bir neçə vəzifəli şəxsinin də adı keçir. Onun sözlərinə görə, Sabirabad Prokurorluğunda sabiq direktora qarşı cinayət işindən əlavə 308.1 maddəsi ilə də iş qaldırılıb. «Amma işin düzgün aparılmaması səbəbindən zərərçəkən müəllimlər Baş Prokuorluğa müraciət etmişdilər. Nəticədə iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib».

Şikayətçi vurğulayır ki, cinayət işi qaldırılmasından 9 aydır keçir. Lakin buna baxmayaraq, nə proses yekunlaşır, nə də müəllimlər həmin vaxtdan bəri maaşlarını ala bilmirlər. Çünki Kapital Bankın Sabirabad filialı onların kartlarına köçürülmüş maaşlarını tutaraq, onları kredit ödənişlərinə cəlb edir. «Dəfələrlə Kapital Bankın mərkəzi ofisinə müraciət edərək, problemin aradan qaldırılmasını istəmişik. Lakin heç bir xeyri olmayıb. Halbuki Diləfruz Mustafayevanın töərtdiyi cinayətin şərikləri elə bankın yerli filialının əməkdaşlarıdır».

JAM.AZ xəbər verir ki, müəllimlər mülki iş üzrə iddia qaldırmaq istəsələr də məhkəmə qəbul etməyib. Əsas kimi isə yazılan ərizələrin doğru olmaması göstərilib. Daha doğrusu, ərizələrin yazılışının yanlış olduğunu vurğulayıblar. «Maraqlıdır ki, dövlət büdcəsindən 500 min manat pul mənimsəyən sabiq direktorun ev dustaqlığı müddəti Sabirabad Məhkəməsinin sədri tərəfindən artırıla bilir, amma haqlarını tələb edən müəllimlərin şikayət hüquqları əllərindən alır».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar