Müharibə vəziyyətində Ağdam kimi strateji bir rayonun rəhbərinin yerində olmamasıdır

11-04-2016, 19:59   
Müharibə vəziyyətində Ağdam kimi strateji bir rayonun rəhbərinin yerində olmamasıdır
Raqub Məmmədov 2 aprel gecəsinin güdazına gedir

Ağdamın icra başçısıyla həmkarı Vaqif Abdullayevin hərbi əməliyyatlar zamanı yerində tapılmamaları hakimiyyət dairələrini qəzəbləndirib

Azərbaycan Ordusunun keçirdiyi son əməliyyatdan sonra hakimiyyət dairələri yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyətinə yenidən qiymət vermək məcburiyyətində qalıb. Xüsusən də cəbhəyanı rayonların rəhbərləri ilə bağlı artıq tədbir görülməsinə start veriləcək. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, aprelin 1-i gecə saatlarından etibarən başlayan hərbi əməliyyatlar zamanı bir neçə rayonun icra başçısını yerində tapmaq mümkün olmayıb. Belə ki, Ağdamın icra başçısı Raqub Məmmədovun Bakıda olduğu məlum olub. Beyləqanın icra başçısı Vaqif Abdullayevi də paytaxtda tapmaq mümkün olub.

JAM.AZ-a məlumat verən mənbə bildirir ki, bu icra başçıları içində Raqub Məmmədovun işi daha çətin olacaq. Ona görə ki, bu artıq onunla bağlı ikinci «ÇP» sayılır. Birincisi, onun ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun kadrı olmasıdır. Ki, bununla bağlı hələ mart ayında məsələ qaldırılmışdı. Lakin təyinat məsələlərində gözləmə mövqeyi tutan hakimiyyətin Məmmədovla bağlı qərar verməsi də yubandı.

İkincisi isə müharibə vəziyyətində Ağdam kimi strateji bir rayonun rəhbərinin yerində olmamasıdır. Ki, bunun da icra başçısına bağışlanacağı gözlənilmir. Mənbə bildirir ki, Raqub Məmmədovun Qarabağ döyüşlərində iştirak etməsi, hərbi məsələlərdən yetərli qədər xəbərdar olmasına rəğmən, belə bir addım atması rəsmi dairələrin qəzəbinə səbəb olub.

Vaqif Abdullayevə gəldikdə isə onun yeni vəzifəyə gətiriləcəyi hələ çoxdan bəlliydi. Onun Beyləqanda fəaliyyət göstərə bilməməsi, narazılıqlara səbəb olması, habelə idarəçilikdə ciddi qüsurlara yol verməsi rəsmi Bakının da əsəbləşməsinə gətirib çıxarmışdı. Amma onun konkret olaraq hansı vəzifəyə təyinat alacağı məlum deyil.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar