Cəbhədə döyüşən tank komandirinin evini İcra Hakimiyyəti əməkdaşları sökdü-VİDEO,

13-04-2016, 08:53   
Cəbhədə döyüşən tank komandirinin evini İcra Hakimiyyəti əməkdaşları sökdü-VİDEO,

Qazeta.info bildirir ki, Sabuncu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqla qarşılaşması davam edir. Bu gün saytımıza verilən məlumata görə, Azərbaycan ordusunun giziri, bu ayın əvvələrində cəbhədə baş verən döyüş zamanı keçmiş Talış kəndində yüksəkliyin alınmasında son ana kimi vuruşan və hələ üzərlərindən barıt qoxusunun getmədiyi hərbçilərdən biri olan tank komandiri C.Çobanovun Sabunçu rayon Ramana qəsəbəsində tikdirdiyi ev Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb .


Hərbçinin qardaşı Coşqun Çobanovun bizə verdiyi məlumata görə, onlar evin tikintisinə hələ 2013-cü ilin yayında başlayıblar. Bildirildiyinə görə, qardaşı tikintiyə başlamaq üçün o zamankı "qaydalara" uyğun olaraq sahə müvəkkilinə 400 AZN verib. Maddi imkansızlıq ucbatından tikinti yarımçıq saxlanılıb. Hərbçinin qardaşı daha sonra bildirir ki, bu ilin mart ayının sonunda qardaşı pul göndərib ki, tikintini davam etsin. "Tikintiyə təzə başlamışdım ki, özünü Abbas Nəbiyev kimi qələmə verən biri bizə yaxılaşıb "icradan" olduğunu bildirdi və tikintini saxlamağımızı söylədi. Söhbət əsnasında məlum oldu ki, mən onlara 2500 manat verməliyəm ki, tikinti aparmağıma göz yumsunlar.

Düzü artıq mən əvvəldən bilirdim bu məbləği məndən istəyəcəklər. Çünki ətrafda tikinti aparanlar 2500 ödədiklərini və o pulu vermədən evi tikməyə imkan verilməyəcəyini söyləmişdilər. Fikirləşdim ki, yəqin qardaşım hərbçi olduğu üçün ondan rüşvət tələb etməzlər. Amma tam əksi oldu. İcra Hakimiyyətinin əməkdaşı olduğunu bildirən və özünü Abbas Nəbiyev kimi qələmə verən şəxs lap "küçə uşaqları"na xas jarqonla "mən hərbçi-mərbçi hərləmirəm, get Fərid müəllimə 2500 ver. Gəl tik" deyə bildirdi".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar